Lukaşenko: "Lapşini Azərbaycana təhvil verməliyik"

"Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir".

 

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova blogger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

 

“Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla əlaqə saxlayırıq” - deyə o qeyd edib.

 

Belarus prezidenti Aleksandr Lukaşenko isə deyib ki, Belarusun Rusiya və İsrail vətəndaşlığı olan blogger Aleksandr Lapşini Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur: “Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik.”

 

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı  olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR