Ağstafada hərbi sursat aşkarlandı

Ağstafa rayonunda hərbiyə yararlı sursat aşkar olunub. APA TV-nin qərb bürosunun xəbərinə görə, ötən gün rayonun Həsənsu kəndi ərazisində sakinlər heyvan otararkən xeyli sayda sursat aşkarlayıb.

 

Dərhal Ağstafa Rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Saloğlu bölməsinin əməkdaşları cəlb olunub. İstifadə üçün yararlı avtomat patronları, 1 ədəd avtomat darağı və 2 qumbara aşkar edən ANAMA əməkdaşları ərazinin yoxlanmasına başlayıblar.

 

Qurumdan bildirilib ki, patronlar yararlı olduğundan yaxınlıqdakı hərbi hissələrdən birinə veriləcək, digər sursatlar isə ANAMA-nın məhvetmə mərkəzində zərərsizləşdiriləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR