Rustavidə polislə etirazçılar toqquşdu, yaralananlar var

Gürcüstanın Rustavi şəhərində polislə etirazçılar arasında qarşıdurma olub.

 

APA-nın “İnfo Rustavi” saytına istinadən verdiyi məlumata görə, qarşıdurma “Rustavi Azot” kimya zavodunun işsiz qalan 340 əməkdaşına dəstək məqsədilə keçirilən yürüş zamanı baş verib.

 

Aksiyada tələbələr, həmkarlar təşkilatlarının nümayəndələri və “Azot” zavodunun keçmiş işçiləri iştirak ediblər. Şartava meydanından başlayan aksiya şəhərin mərkəzi küçəsində yürüşlə davam etdirilib, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Polisin müdaxilə cəhdi qarşıdurma ilə nəticələnib.

 

Bildirilir ki, insident zamanı aksiya iştirakçıları və polis əməkdaşları xəsarət alıblar. Polis müdaxiləsinə rəğmən, aksiya dayandırılmayıb. İştirakçılar meriya binasına doğru irəliləyiblər.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR