BNA: Avtobus sürücülərini 8 saat əvəzinə, 15 saat işlədirlər
Son vaxtlar baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi bir çox daşıyıcıların istehsalat bazasının olmamasıdır.
APA TV-nin məlumatına görə, bu fikir Bakı Nəqliyyat Agentliyində marşrut sahibləri və daşıyıcı şirkətlərin nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasovun sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, bazası olmayan daşıyıcılar tərəfindən nə avtobusların texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə, 14-15 saat işlədən daşıyıcılar var: "Sizin nəqliyyat vasitələrinizin istismar müddəti ilə bağlı tam araşdırmalarımız var. Yeni nəqliyyat vasitələri almağa imkanınız yoxdursa, heç olmasa, onları 2-3 ildən bir əsaslı təmir etdirməyiniz vacibdir".
Avtoparkların standartlara cavab vermədiyini vurğulayan müşavir deyib ki, son günlər əlverişsiz hava şəraiti zamanı marşrutların iş qrafikinə nəzarət məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən reydlər keçirilib. Məlum olub ki, normal gündə 18 nəqliyyat vasitəsi ilə çalışan bəzi xətlərdə həmin gün 3 nəqliyyat vasitəsi olub.
Görüşdə sürücülər tərəfindən qeyri-iş vaxtı avtobusların istifadəsindən narazılıq da bildirilib. BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalat bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır: "Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı