Donald Tramp: "İran odla oynayır"
ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.
APA-nın xəbərinə görə, D.Tramp özünün "Twitter" səhifəsində aşağıdakıları yazıb: "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"
Qeyd edək ki, bundan əvvəl D.Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc" adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
13:58
817
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1002
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
979
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1050
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1150
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1085