"Ermənistan törətdiyi təxribatı Azərbaycanın üzərinə atmaq istəyir" - POLİTOLOQLAR
"Bu gün ermənilərin Çingiz Qurbanovun nəşini, eləcə də girov götürdükləri Elnur Hüseynzadəni qaytarmamaqda əsas məqsədi nəyin bahasına olur-olsun, təxribatın məhz Azərbaycan tərəfindən törədildiyini dünyaya bəyan etməkdir". Bu fikirləri APA TV-yə açıqlamasında politoloq Arzu Nağıyev səsləndirib.
Ekspert bu kimi provokativ addımları Ermənistan tərəfinin apardığı siyasi oyunların tərkib hissəsi hesab edir: "Məlumdur ki, orada təxribat məhz ermənilər tərəfindən olub. Onların kəşfiyyatı Azərbaycan tərəfə keçdikdən sonra itki verərək geri qayıdıb və gedəndə bizim də əsgərimizin nəşini özü ilə aparıblar. Bu, heç bir çərçivəyə sığmır: nə Cenevrə müqavilələrinə, beynəlxalq müqavilələrin heç birinə sığmır".
Ekspertin fikrincə, Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən təşkilatlar bu kimi məsələlərin həllində səylərini və erməni tərəfinə təzyiqləri artırmalıdır: "Ondan başqa Dilqəmlə Şahbazı da öz torpaqlarımızda girov saxlayırlar. Bu istiqamətdə müvafiq addımlar atılmalıdır və onun qaytarılması üçün bütün beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Onlar da ermənilərə hərtərəfli siyasi, lazım olsa iqtisadi sanksiyalar tətbiq etməlidir".
"Vesti.Az" İnformasiya Agentliyinin əməkdaşı Nicat Məlikov isə deyir ki, qeyri-humanist hərəkətlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etmək fikrindən uzaq olduğunu göstərir: "Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən son hadisələr, yəni silahlı qarşıdurmada Çingiz Qurbanovun meyitinin Ermənistan tərəfdə qalması və Azərbaycana qaytarılmaması bir daha onu sübut edir ki, Ermənistan nəinki hər hansı bir diplomatik danışıqlarla Dağlıq Qarabağ məsələsində pozitiv bir irəliləyişi qarşısına məqsəd qoyub, hətta hər hansı humanist addımları da həyata keçirmək niyyətində deyil".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı