Parisdə gərgin anlar: Luvr muzeyində atəş açıldı

Parisdəki məşhur Luvr muzeyində silah səsləri eşidilib. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, patrul bıçaqla muzeyə girmək istəyən şəxsə atəş açıb.

 

İlkin məlumata görə, əlində çamadan olan şübhəli şəxs "Allahu əkbər" qışqıraraq muzeyə daxil olmağa çalışıb. Şahidlər onun arxadan vurulduğunu deyiblər. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Hazırda muzey əhatəyə alınıb. Fransanın Xarici İşlər Nazirliyi insidenti "ictimai təhlükəsizliklə əlaqədar ciddi hadisə" adlandırıb.

 

Muzeydən ziyarətçilərin təxliyə edildiyi və ərazinin əhatəyə alındığı bildirilir. Yaxınlıqdakı metro stansiyası da bağlanıb.

 

2015 və 2016-cı illərdə baş vermiş terror aktlarından sonra Parisin ən çox turist cəlb edən məkanı olan Luvr muzeyinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR