Bakıda iki maşın toqquşdu

Bu gün saat 11:30 radələrində paytaxtın Nərimanov rayonunda yol qəzası baş verib. APA TV-nin verdiyi xəbərə görə, hadisə İzzəddin Həsənoğlu küçəsində qeydə alınıb.

 

"Hyundai" markalı 99 HL 447 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn "Land Rover" markalı 99 BK 990 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

 

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR