Rumıniyada xalq etirazları: 250 min nəfər küçələrə çıxdı
Rumıniyada hökumətinin anti-korrupsiya ilə bağlı yeni layihəsinə qarşı etirazlar artıq 3-cü gündür davam edir. APA TV-nin məlumatına görə, Buxarestdə keçirilən aksiyaya 80 min adam toplaşıb.
Çərşənbə günü Rumıniyanın müxtəlif yerlərində küçələrə 250 min nəfər çıxıb. Aksiyalarda etirazçılarla polis arasında toqquşmalar olub.
Etirazçılar qanun layihəsinin ləğvini və hökumətin istefasını tələb edir. Onlar qanun layihəsi ləğv edilənədək aksiyalarını davam etdirəcəklərinin bildiriblər.
Qanun çərşənbə axşamı qəbul edilib. Sosial Demokrat Partiyasından olan baş nazir Sorin Grindeanunun başçılıq etdiyi solçu hökumət həbsxanalarda darısqallığı azaltmağın lazım olduğunu bildirib.
Yüz minlərlə insanın qəzəbinə səbəb isə yeni rəhbərliyin korrupsiya ilə bağlı həbs edilmiş onlarla məmurun azad edilməsinə dair qərarıdır. Yenin qanun məmurlar tərəfindən 45 min avroya qədər vəsait alınmasının rüşvət hesab olunmamasını nəzərdə tutur. Bu isə yüksək postlarda təmsil olunan onlarla məmurun məsuliyyətdən kənarda qalması deməkdir.
Xatırladaq ki, bu, 1989-cu ildə kommunist Çauşesku rejiminin iflasından sonra Rumıniyada keçirilən ən böyük etirazlardır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı