ABŞ Baltikyanı ölkələrə tank taborları yerləşdirir
Polşada dislokasiya olunmuş 600 əsgərdən ibarət ABŞ tank taborunun Latviya, Litva və Estoniyada yerləşdirilməsinə başlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə xəbər məlumatlı mənbələr vasitəsilə sızdırılıb.
Tank taborunun 200 nəfərlik ilk bölüyünün bu gün Estoniyadakı Tapa, 150 nəfərdən ibarət ikinci bölüyünün isə növbəti həftənin çərşənbə axşamı Litvada yerləşən Rukla hərbi bazasına göndəriləcəyi açıqlanıb. Bundan əlavə, daha 220 əsgərin bazar günü Latviyadakı Adazi poliqonuna təhkim ediləcəyi bildirilib.
Rumıniya, Bolqarıstan və Macarıstana gəlincə, adı çəkilən ölkələrə ümumilikdə 1150 əsgər göndəriləcək.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Moskva ABŞ hərbçiləri başda olmaqla, NATO-nun bu ölkə sərhədləri yaxınlığındakı hərbi iştirakını sərt şəkildə tənqid edərək, bu faktın Rusiyanın milli təhlükəsizliyinə ciddi təhdid olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı