Dollar zəifləyir, neftin qiyməti aylıq maksimumu yenilədi
Dolların ucuzlaşması və OPEK daxilində əldə olunan razılaşmaya əməl olunması neftin qiymətini bahalaşdırır.
APA TV-nin xəbərinə görə, uzun müddətdən sonra “Brent” markalı neftin qiyməti 57 dollar həddini keçib. Birjaların gecə seanslarında “Brent” neftinin bir bareli 57,35 dollardan satılıb. Bu, həm də son bir ayda qeydə alınan ən yüksək qiymətdir.
Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Hərraclarda Qərbi Texas neftinin bir bareli 54,27 dollardan satılıb.
Səhər seanslarında “Brent” neftinin bir bareli 56,84 dollardan, WTİ neftinin bir bareli isə 53,87 dollardan satılır.
Neftin qiymətində iki gün ard-arda artım müşahidə olunması ABŞ-ın neft ehtiyatlarının həcmi amilinin artıq bazarda qiymətlərə təsir etmədiyini göstərir. Bu təsirin sıfıra enib-enməyəcəyi gələn həftə açıqlanacaq hesabatdan sonra qiymətlərin dinamikasına əsasən müəyyən olunacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı