Dollar və avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi fevralın 2-si ilə müqayisədə azalaraq 1,9111 manat təşkil edib.
 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 2,0561 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3929 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 32 manat 20 qəpik, 100 lirə 51 manat 10 qəpik, 100 lari isə 70 manat 85 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR