Ermənistana virus ötürülür... Hansı ölkədən? - RUSLAR SƏRHƏDLƏRƏ ƏL QOYDU

Ermənistanla Rusiya arasında Türkiyə və İranla sərhədində baytarlıq-sanitariya vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı perspektivlər müzakirə edilib.  APA TV-nin verdiyi məlumata görə, bu barədə Ermənistanın adı çəkilən qurumunun mətbuat xidmətindən bildirilibb.      

Tərəflər İranın 9 əyalətində "quş qripi"nin yayılması məsələsinə toxunublar və bu ölkədən Ermənistana quş ətinin idxalına qadağa qoyulmasına dair qərar qəbul ediblər. Həmçinin, İran və Türkiyədən kənd təsərrüfatı heyvanlarının respublika ərazisinə keçirilməsinə nəzarətin gücləndirilməsinə dair razılığa gəliblər.   

 

Ermənistanın Türkiyə və İranla sərhədinin qorunması Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR