Merkel Türkiyəyə gəldi: Kanslerlə Ərdoğan arasında mübahisə düşdü

"Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməlidir". APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan Almaniyanın federal kansleri Angela Merkel prezident Ərdoğanla görüşdə vurğulayıb.

 
A. Merkelin İŞİD-dən bəhs edərkən "islamist terrorçu" ifadəsini işlətməsi R. T. Ərdoğanın etirazına səbəb olub: "İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə narahat edir. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Lütfən bu sözdən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm".
 

A. Merkel isə cavab olaraq "islamist" sözü ilə "islami" sözü arasında fərq olduğunu vurğulayıb: "Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. İslamist sözü ilə islami sözü arasında fərq var".


Görüş 2 saat yarım çəkib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR