Astarada 19 ton tərəvəz yüklənmiş maşın kül oldu

Astara rayonunda  içərisində 19 ton tərəvəz məhsulları olan Rusiya dövlət nömrə nişanlı yük maşını yanıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisində baş verib.

 

Rusiyanın Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Reno" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Yanğın qısa zamanda 19 ton xiyar yüklənmiş maşını bürüyüb.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin məhsulun böyük bir qismi zay olub, avtomaşına və məhsulun sahibinə külli miqdarda ziyan dəyib. Yanğının səbəbi avtoekspertizanın araşdırmasından sonra məlum olacaq.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR