Göyçayda canavarlar kəndə hücum edib qoyunları parçaladı
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 5:00 radələrində rayonun Ləkçiplaq kəndində qeydə alınıb.
Canavarlar kəndə soxularaq Şirvan Kərimova məxsus tövlədə olan 7 baş qoyunu parçalayaraq tələf edib. 9 baş yaralı qoyuna isə baytar həkimlər tərəfindən yardım göstərilib, quduzluğa qarşı tədbir görülüb. Yırtıcılar kənd sakininə 1500 manatdan çox maddi ziyan vurub.
Kənd sakini Şirvan Kərimovun sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək xırda buynuzlu heyvanları, ev quşlarını tələf edir: “Kənddə ov silahından istifadə edərək bizə ziyan vuran vəhşi heyvanları öldürməyə icazə verilmir. Çarəsiz qalmışıq. Kənd ətrafında yaşayan canavar, çaqqal və tülkülərin sayı getdikcə artır, gecələr onların ulaşma səsindən kənddə qulaq tutulur. Onlar tez-tez heyvanlarımızı parçalayaraq bizə maddi ziyan vururlar”.
Qeyd edək ki, heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər. Kəndlilər canavar və çaqqalların ev heyvanları ilə yanaşı, azyaşlı uşaqlara da hücum etdiyini deyirlər. Ov tüfəngindən istifadəyə görə cərimə tətbiq olunacağından ehtiyat edən sakinlər əziyyətlə bəslədikləri heyvanların gözlərinin qarşısında vəhşilər tərəfindən tələf edildiyini deyirlər. Kəndlilər canavarları öldürmək üçün deyil, heç olmasa, qorxutmaq üçün tüfəngdən havaya atəş açmağa icazə verilməsinə görə aidiyyəti qurumlardan kömək istəyirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı