Zaqatalada zəncirvari qəza: 6 yaralı
Zaqatalada baş verən zəncirvari yol qəzasında biri ağır olmaqla altı nəfər xəsarət alıb.
APA TV-nin xəbərinə görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 117-ci kilometrliyində baş verib.
Rayonun Faldarlı kənd sakini, 1954-cü il təvəllüdlü Durmuşov Ələsgər Hacı oğlunun idarə etdiyi “VAZ-21013” markalı avtomobil Əliyev Elmar Xudayar oğlunun idarə etdiyi "Niva" markalı avtomobil və "Opel" markalı avtomobillə toqquşub. Nəticədə bir ailənin üç üzvü - Ələsgər Durmuşov, onun maşınında olan övladları - 1981-ci il təvəllüdlü Hacı və 1982-ci il təvəllüdlü Vüqar Durmuşovlar, Faldarlı kənd sakini, 1981-ci il təvəllüdlü Kamandar Kamal oğlu Cəlalov, Qax rayonunun Əmbərçay kənd sakini, 1977-ci il təvəllüdlü Bahar Xaməd qızı Hətəmova və Kürdəmi rayon sakini, 1977-ci il təvəllüdlü Ramiyə Siyavuş qızı Xizri xəsarət alıblar.
Ələsgər Durmuşovun vəziyyəti ağır olduğundan, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan beş xəstə isə xəsarətləri yüngül olduğu üçün müalicələrini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılıblar.
Hadisəyə yolun buzlu və sürüşkən olması səbəb göstərilir. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada zəncirvari qəza: 6 yaralı
ZAQATALADA ÜÇ MAŞIN TOQQUŞDU

OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı