Şaxta davam edəcək, yollar buz bağlayacaq
Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı