FES açıqladı, dollar ucuzlaşdı, neft bahalaşmağa başladı
Dolların digər valyutalara qarşı sürətlə dəyər itirməsi neftin bahalaşmasına səbəb olub. APA TV-nin xəbərinə görə, Federal Ehtiyat Sisteminin son şərhlərindən sonra dollar dəyər itirməyə başlayır, ABŞ valyutasının ucuzlaşması neftə əlavə dəyər qazandırır.
Günorta seanslarında “Brent” maraklı neftin bir bareli 56,90 dollardan satılıb ki, bu da 2017-ci ildə qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti də ilin rekordunu yeniləyib. Hazırda hərraclarda WTİ nefti 53,87 dollardan təklif olunur.
Federal Ehtiyat Sisteminin şərhləri dolların faiz dərəcəsinin artırılmayacağını göstərir, bu şərhlər digər valyutaların dollara nisbətdə güclənməsi ilə müşayiət olunur. Hazırda neftin qiymətinə təsir göstərə biləcək son vasitə ABŞ-da işsizlik səviyyəsinə və əmək bazarının durumuna dair hesabatdır. Açıqlanacaq rəqəmlər neftin qiymətinin 57 dollar ətrafında sabitləşməsinə səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı