Tramp Yəməndə öldürülən amerikan əsgərinin nəşini şəxsən qarşıladı

ABŞ prezidenti Donald Tramp Delaver ştatına səfər edib. APA TV-nin  məlumatına görə, Ağ Ev rəhbəri ilk olaraq Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edib.

 

O, Yəməndə "Əl-Qaidə" qruplaşmasına qarşı  əməliyyat zamanı öldürülən əsgərin cənazəsini qarşılamaq üçün aeroporta gəlib.

 

Bu, D.Trampın vəzifəsinin icrasına başladığı iki həftə ərzində ilk belə hadisədir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR