Ağdaşda yanğın: 89 yaşlı kişi evində diri-diri yandı
Ağdaş rayonunda dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qarağan Sədi kəndində qeydə alınıb. Kənd sakini, 1928-ci il təvəllüdlü Mustafayev Səftər Mustafa oğluna məxsus ümumi sahəsi 86 kvadratmetr olan iki otaqlı ev tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının yayılmasının və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Məlumata görə, 89 yaşlı kişi evdə tək yaşayırmış və yanğın zamanı o yatmış olub. Hadisə barədə yanğından mühafizə hissəsinə isə qonşular məlumat verib. Yanğın söndürüldükdən sonra otaqlardan birində ev sahibinin yanmış meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı