Cəbhə xəttində növbəti erməni təxribatı: hərbçimiz yaralandı

Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə  atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb. Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.

 

Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR