Gəncədə bir ailə qəzaya uğradı: ölən və yaralananlar var

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Bakı avtomobil yolunun 3-cü km-də qeydə alınıb.

 

Ağdam rayon sakini 32 yaşlı Elşad Tağıyev idarə etdiyi “Mecedes Vito” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Onun həyat yoldaşı, 30 yaşlı Zərnigar Tağıyeva və iki azyaşlı övladları, sürücünün atası, 59 yaşlı Volodya Paşayev, anası Sevil Paşayeva və bacısı oğlu, 18 yaşlı Röyal Gülmalıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Məlumata görə, Gəncədə qonaq olan ailə Ağcabədi rayonuna gedirmiş. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR