İtkin neftçilərdən birinin meyiti tapıldı

Neftçalada ötən ilin dekabrında itkin düşən dənizçilərdən birinin meyiti tapılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu açıqlanıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitə ilkin baxış zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

 

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR