Biləsuvar sakini qardaşını niyə güllələdi? - TƏFƏRRÜAT
Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.
Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Araşdırma zamanı məlum olub ki, kənd sakini Asim Əliyev şəxsi münasibətlər zəminində həmkəndlisi 25 yaşlı Şahin Əliyevlə mübahisə edib. Daha sonra Asim evə qayıdaraq özü ilə "Toz 8" markalı tüfəngi götürərək yenidən hadisə yerinə qayıdıb və orada Şahinlə yenidən mübahisə etməyə başlayıb.
Bu zaman Asimin qardaşı, 29 yaşlı Adil Əliyev araya girərək tərəfləri sakitləşdirməyə çalışıb. Onun əlində olan tüfəngdən açılan ilk atəş qardaşına, digəri isə Şahin Əliyevə dəyib. Adil aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Şahin İsə yaralı halda Biləsuvar rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır. Hadisəni törədən Asim Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanıb İstintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı