Masallıda 5 otaqlı ev yandı: 1 yaralı

Masallıda beş otaqlı evdə yanğın olub, bir nəfər yanıq xəsarəti alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun İsgəndərli kəndində qeydə alınıb.

 

Kənd sakini 63 yaşlı Nəzakət Səmədovaya məxsus bir mərtəbəli beş otaqlı evdə anidən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 162 kv. m olan evin 90 kv. m sahədə əşyaları ilə birlikdə yanaraq sıradan çıxıb.

 

Hadisə zamanı ev sahibəsinin oğlu, 30 yaşlı Ramal Abdülhuseynov müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanğına qaz sızmasının səbəb olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR