Qarlı gündə "Azəriqaz"ın Çağrı Mərkəzindən REPORTAJ
Qarlı və şaxtalı hava ilə əlaqədar ölkədə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb. Bu gün ötən günlərə nisbətdə qaz sərfiyyatında 1 mln. 150 min kubmetr artım var.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev APA TV-yə bildirib ki, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımi alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır. Havanın şaxtalı olacağı günlərdə təbii qazın verilişində məhdudiyyət olmayacaq. "Azəriqaz" Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışır".
Şaxtalı hava ilə əlaqədar 104 Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçib, növbəyə çıxan əməkdaşların sayı artırılıb. 104 operativ xidmətinin rəisi Xalidə Şimşəkin sözlərinə görə, ən çox daxil olan müraciətlər sayğacın koda düşməsi, yükləmələrlə bağlıdır: "Bu tipli müraciətlər əməkdaşlar tərəfindən izah olunur və problem aradan qaldırılır. Ən çox daxil olan müraciətlər isə sayğacların elektron hissəsində problemin olması ilə əlaqədardır. Bu müraciətlər də elektron şəkildə əraziyə ötürülür. Bu problemin aradan qaldırılması üçün yerlərdə işçi qüvvəsinin sayı artırılıb".
Çağrı Mərkəzinə daha çox zənglər isə Xəzər, Binəqədi və Abşeron rayonlarından olur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı