Səyyar “ASAN Qatar” Qazaxda
Fevralın 1-dən etibarən ilk dəfə olaraq Səyyar “ASAN Qatar” vasitəsilə Qazax rayonunda vətəndaşlara səyyar formada xidmətə başlanıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, "ASAN Qatar"ın xidmətlərindən 15 gün müddətində Qazaxla yanaşı, Şəmkir, Ağstafa və Tovuz rayonlarının sakinləri də faydalana bilər.
Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Səyyar “ASAN Qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq, elə ilk gündən rayon əhalisinin fəallığı müşahidə olunur. "ASAN Qatar"a üz tutanlar digər xidmətlərlə yanaşı, "ASAN Laboratoriya"da qan analizləri üçün də müraciət edirlər. "ASAN Qatar"a yaxınlaşan vətəndaş dinlənilir və aidiyyəti üzrə xidmət vaqonunda onun müraciəti təmin olunur. Vaxt itkisi olmadan xidmətlərdən yararlanan sakinlər yaradılan bu şəraitdən məmnunluqlarını ifadə edirlər.
Qeyd edək ki, Səyyar “ASAN Qatar”da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
"ASAN Qatar" Qazaxdan sonra Tovuz rayonunun Qovlar şəhərində əhaliyə xidmət göstərəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı