Rusiya Federasiya Şurası "Türk axını"na "hə" dedi

Rusiya Federasiya Şurası "Türk axını" layihəsini təsdiqləyib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Duma bu layihənin reallaşmasını nəzərdə tutan sənədi yanvarın 20-də təsdiq etmişdi.


Rusiya və Türkiyə arasında 2016-cı ilin oktyabrında gəlinən razılığa əsasən "Türk axını" qaz xətti layihəsi çərçivəsində biri Türkiyənin daxili bazarı, digəri isə Avropa üçün nəzərdə tutulan iki xətt çəkiləcək.

 

Layihəyə əsasən qaz boru kəmərləri Qara dənizin altı ilə çəkiləcək.


Türkiyə parlamentində ötən ilin dekabrın 2-də qəbul edilən anlaşmanı prezident Ərdoğan üç gün sonra imzalamışdı.

 

Layihənin inşasının 2019-cu ildə tamamlanması planlaşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR