Bakıda qarın hündürlüyü 23 santimetrə çatıb

Dünən günorta saatlarından ölkə ərazisində başlayan yağıntılar intensiv xarakter alıb.

 

APA TV-nin məlumatına görə, Bakıda qar örtüyünün hündürlüyü 23 santimetrə çatıb. Paytaxtda və Abşeron yarımadasında havanın minimal temperaturu 3 dərəcə şaxta təşkil edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Qaxın Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyünün 69 santimetrə çatdığını açıqlayıb. Şəkidə qarın hündürlüyü 25, Daşkəsəndə 19, Tovuzda 30, Naxçıvanın Ağdərə məntəqəsində 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvan şəhərində 32 santimetrdir. Bu gün havanın minimal temperaturu Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR