Rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 31-i ilə müqayisədə artaraq 1,92 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası artaraq 2,0719 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,414 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu ucuzlaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 31 manat 90 qəpik, 100 lirə 50 manat 78 qəpik, 100 gürcü larisi isə 71 manat 18 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR