Neftin qiymətində fərqli dinamika müşahidə olunur
Son 24 saat ərzində birjalarda neftin qiyməti 1 dollar bahalaşıb. APA TV-nin xəbərinə görə, gecə seanslarında "Brent" markalı neftin bir bareli 56,38 dollardan satılıb. Təxminən üç saatdan sonra neft yenidən ucuzlaşıb. Səhər keçirilən hərraclarda bu markadan olan neftin bir bareli 55,43 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiymətində də analoji dinamika qeydə alınıb. Gecə 53,50 dollardan satılan WTİ nefti səhər 52,71 dollardan təklif olunur.
Neftin bir neçə saat ərzində ucuzlaşmasına Amerika Neft İnstitutunun açıqladığı hesabat səbəb olub. Hesabata əsasən, ötən həftə ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi 5,8 milyon barel, benzin ehtiyatlarının həcmi isə 2,9 milyon barel artıb. Bu gün ABŞ Energetika Nazirliyi ehtiyatların həcminə dair rəsmi hesabatı açıqlayacaq. Analitiklər ehtiyatların həcminin 3 milyon barel artacağını gözləyirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı