Biləsuvar sakini qardaşını başından güllələdi, həmkəndlisini yaraladı

Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü  Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb.  Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR