İntensiv yağan qar, buz bağlayan yollar - BAKININ GECƏ GÖRÜNTÜLƏRİ

Sinoptiklərin fevralın 1-i gecədən başlayaraq şaxtanın kəskinləşəcəyi, intensiv qar yağacağı barədə proqnozu özünü doğrultdu. Çəkiliş apardığımız saatlarda paytaxt yollarında nəqliyyatın hərəkətində müəyyən çətinliklər yarandığının şahidi olduq.

Bakının işlək yollarında avtomobillər nisbətən daha rahat hərəkət edirdi. Babək prospektindən 8-ci kilometr adlanan əraziyə çıxışda hərəkətin intensiv olması yolların buz bağlamasının qarşısını alırdı.

Nəqliyyatın işlək olduğu Nobel prospektində də hər hansı bir təhlükəli hala rast gəlmədik. Lakin yolların işıqlandırma sisteminin normal qaydada təmin edilməməsinin əlverişsiz hava şəraitində sürücülərə maneçilik törətdiyi hiss olunurdu.

Paytaxtın bəzi ara yollarında isə sürücülərin rahat hərəkət edə bilmədiyi aydın görünürdü.

İrəliləyən saatlarda yağıntının intensivləşməsi Xətai rayonu ərazisində - Babək prospektinə çıxışda və Xocalı prospektində çətinliklər yaratmışdı.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR