Surqutda azərbaycanlı başından güllələndi - KÜTLƏVİ DAVA

Rusiyanın Surqut şəhərində azərbaycanlı güllələnib.

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Rus” kafesində iki qrup arasında kütləvi dava baş verib. Daha sonra dava iştirakçılarından biri qarşı tərəfdə olan azərbaycanlının başına atəş açıb. Həmin şəxs yerində ölüb. Hadisəni törədən şəxs qaçıb.

Hadisənin təfərrüatı araşdırılır. Cinayətdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR