Azərbaycan prezidenti Qətərin xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib, eyni zamanda Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.
Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir və iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanlar var. Dövlət başçısı bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib.
Qətərin xarici işlər naziri Qətər əmirinin ən səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini deyib. Nazir Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirib. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu deyib.
Azərbaycan prezidenti isə Qətərə səfərini səbirsizliklə gözlədiyini deyib və Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Tani ilə şəxsi dostluq münasibətlərinin xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.
Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı