Dünya Trampa qarşı: prezidentin son qərarlarına etirazlar artır
Donald Trampın miqrasiya qanunvericiliyi ilə bağlı qərarları dünyanın diqqət mərkəzindədir.
APA TV-nin məlumatına görə, vətəndaşlarının ABŞ-a mühacirətinə qadağa qoyulmuş 7 ölkə arasında yer alan İraq rəsmi Vaşinqtonun bu addımına qarşı cavab tədbirləri hazırlayıb. Belə ki, ölkə parlamenti ABŞ vətəndaşlarının İraq ərazisinə gəlişinin əleyhinə səs verib. Məhdudiyyətin rəsmi Vaşinqtonun qərarının ləğvinədək qüvvədə qalacağı bildirilir.
Rəsmi Tehran da yeni administrasiyanın qərarından narahatlığını ifadə edərək, buna qarşı cavab tədbirlərinin görüləcəyini bildirib .
Liviya, Suriya, Somali və Yəmən isə bu məhdudiyyətlərə reaksiya verməyə tələsmir. Məsələyə heç bir aidiyyəti olmayan Avropaya gəlincə, "köhnə dünya" bu qərara digərlərindən daha aktiv şəkildə etiraz edir. Tramp administrasiyasının bu qərarına qarşı ən genişmiqyaslı aksiya İngiltərədə təşkil olunub. Milyarder-prezidentin krallığa səfərinə etiraz petisiyası isə artıq 1 milyon 500 min nəfərin dəstəyini qazanıb.
Bu arada, ABŞ səfərindən yenicə qayıdan baş nazir Tereza Mey isə Donald Trampın London səfərinin qüvvəsində qaldığını açıqlayıb. O, rəsmi Vaşinqtonun ölkəsinin yaxın tərəfdaşı olduğunu deyərək, bir çox sahələrdəki əməkdaşlıqdan da danışıb.
Yeri gəlmişkən, Tereza Meyin addımları kraliçanı da çətin vəziyyətdə qoyub. Keçmiş prezident Barak Obamanın vəzifəsinin icrasına başladıqdan 2 il sonra Londona səfər etməsinə rəğmən, baş nazir andiçmə sonrası kraliça II Yelizavetanın Donald Trampa rəsmi dəvət məktubu göndərməsində israr edib.
Donald Trampın miqrasiya fərmanlarına daha bir cavab Kanadadan gəlib. Baş nazir Castin Trüdo ölkəsinin bundan sonra da təqib, terrorçuluq və müharibədən xilas olmaq istəyənlərə sığınacaq verəcəyini açıqlayıb. Bu bəyanatdan bir neçə gün sonra isə Kvebekdəki məsciddə məlum terror aktı törədilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı