Ata 13 yaşlı qızını öldürdü - QUBADA DƏHŞƏTLİ QƏTL
Quba rayonunda qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.
Kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfuranı bıçaqlayaraq qətlə yetirib.
Süleymanovların qohumu Nazilə Məmmədova hadisəni belə təsvir edib: "Özüm xəstə idim, yatmışdım. Bir vaxt zəng gəldi, bacının nəvəsini öldürüblər. Soruşdum, kim öldürüb? Dedilər atası. Bilmirəm niyə. Nənəsi bilər. Evdə tək uşaq olub. Atası ruhi xəstə idi".
Kənd sakini Faiq Kamilov Səfuranın əlaçı şagird olduğunu deyib: "Hadisə olanda mən evdə idim. Küçəyə çıxanda xəbər tutdum. Uşaq tərbiyəli, mədəni uşaq idi. Məktəbdə əlaçı idi. Atası ruhi xəstə idi".
Əşrəf Süleymanov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı