Elmar Məmmədyarov: "BMT qətnamələri işğaldakı ərazilərin azad olunmasını tələb edir"
"Xarici İşlər Nazirliyi olaraq hökumətin digər qurumları ilə əlimizdən gələni etməliyik ki, prezidentlərin qurduğu əlaqələri inkişaf etdirək. Biz Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq".
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla Qətər arasında fondun yaradılması və üçüncü ölkələrə birgə investisiyaların yönəldilməsi müzakirə edilir: "Prezidentin Doha səfəri öncəsi bunları müzakirə etməyə hazırıq. İki ölkə arasında gizli mövzular yoxdur".
Dağlıq Qarabağ münaqişəsinə də toxunan Elmar Məmmədyarov bir daha BMT-nin mövcud qətnamələrini xatırladıb: "Üç nazirin görüşü ilə bağlı təkliflər var idi. Əfsuslar olsun ki, bu dəfə alınmadı. Rusiya tərəfi bu görüşün keçirilməsinə çalışır. Azərbaycan artıq bu görüşə öz razılığını verib".
Nazir həmçinin Münhen Konfransı çərçivəsində Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani isə yaxın vaxtlarda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında görüşün nəzərdə tutulduğunu bildirib: "Qətər bu təmasları dəstəkləyir. Vahid təşkilat olaraq Körfəz Əməkdaşlıq Şurası həm üzv ölkələr, həm də Azərbaycan üçün çox faydalıdır".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı