Bakıda kirayədə qaldığı evi satan şəxs tutuldu
17 il əvvəl Bakıda kirayədə qaldığı evi qeyri-qanuni yolla satan şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, bu, Qaradağ rayon prokurorluğu tərəfindən 2000-ci ildən Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinərək axtarışa verilən Sumqayıt şəhər sakini Sabir Əliyevdir.
Kirayədə qaldığı evi hansı hüquqi sənədlə satdığı barədə ətraflı məlumat verilməsə də, Sabir Əliyevin uzun müddət Türkiyədə yaşadığı məlum olub. Satdığı evin puluna Türkiyədə özünə iş quran Sabir bir müddət əvvəl Bakıya gəlib: "Mən onların evində kirayə qalırdım. Qadın deyir ki, mən onun evini satdırmışam. Almışamsa o pulu, deyərəm almışam. Fikri nədir, bilmirəm".
Sabir Əliyev son vaxtlar Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərinin birində ticarətlə məşğul olmağa başlayıb. Bazarda "Türk Adəm" kimi tanınan Sabir Əliyevi Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları iş yerində yaxalayıblar. Dələduzluq əməli sübuta yetirilərsə, keçmişdə dayandırılan cinayət işi yenidən başlana bilər.
Hazırda saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Qaradağ rayon prokurorluğuna göndərilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı