İranın nüvəsi yenidən müzakirədə - BMT-DƏ İCLAS ÇAĞIRILDI
BMT TŞ-da İranın həyata keçirdiyi ballistik raketlərin sınağı ilə bağlı növbədənkənar iclas keçiriləcək.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu iki gün əvvəl keçirilən ortamənzilli raketin sınağı ilə əlaqədardır.
İranın nüvə sınaqları ilə bağlı müzakirələr Suriya məsələsi ilə bağlı məsləhətləşmələrdən sonra start götürəcək.
Sözügedən sınaqların sayı Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra daha da artıb. Müzakirələrin başlaması ilə bağlı quruma ilk olaraq Vaşinqton müraciət edib.
2015-ci ilin iyulunda BMT-nin qərarına əsasən İran sözü gedən sınaqlara son qoymağa dəvət olunur. Buna rəğmən rəsmi Tehran 2016-cı ilin yayından sonra artıq ikinci ortamənzilli ballistik raketin sınağını həyata keçirib.
Son sınaq bazar günü baş tutub, Səmnan şəhəri yaxınlığından buraxılan raket 966 kilometr qət etdikdən sonra havada partlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı