Goranboyda evdə partlayış: ana və iki övladı yaralandı

Goranboyda yaşayış evində partlayış olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçular kəndində Zaur Məmmədova məxsus evdə baş verib. Partlayış zamanı ev sahibinin həyat yoldaşı, 28 yaşlı Vəfa Məmmədova və onun 9 yaşlı qızı Filiz ağır yanıq xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Məharət Kərimov, həkim: “Xəstələrin vəziyyətləri nəzərə alınaraq, Bakıda ixtisaslaşmış yanıq xəstəxanasına köçürülməsi tövsiyə olunur”.

 

Partlayış zamanı ev sahibinin azyaşlı oğlu Kənan Məmmədov mətbəxdə olduğu üçün yüngül xəsarət alıb. Partlayışın qaz sızmasından yarandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR