Azərbaycan səfiri Moldovanın baş naziri ilə görüşüb
Yanvarın 30-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldova Respublikasının baş naziri Pavel Filiplə görüşü olub. APA TV-nin məlumatına görə, Pavel Filip 25 il ərzində iki ölkə arasında əldə olunan diplomatik münasibətlərdəki uğuru qeyd edib. Eyni zamanda, hökumət başçısı Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişafına açıq olduqlarını bildirib. O, ikitərəfli dialoqun genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanlarını keçən ilin payızında Azərbaycan prezidenti İlham Əliyevlə Bişkekdə keçirilən görüşü zamanı müzakirə etdiyini qeyd edib.
Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycanla Moldova arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Səfir keçən ilin sentyabrında Bişkekdə keçirilən görüşün nəticəsi olaraq, Azərbaycan Respublikasının rəhbərliyinin tapşırığı ilə 2017-ci ilin birinci yarısında Azərbaycan ilə Moldova arasında hökumətlərarası komissiyanın növbəti iclasının hazırlandığını qarşı tərəfə çatdırıb. Diplomat tədbir çərçivəsində iki ölkənin biznes dairələrinin nümayəndələri və sahibkarların iştirakı ilə Moldova-Azərbaycan biznes forumunun keçirilməsi təklifini baş nazirə çatdırıb. Səfir bu ilin 27-28 fevral tarixində Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçiriləcəyi barədə qarşı tərəfə məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan səfir, Azərbaycanın beynəlxalq prinsip və normalara əsaslanan mövqeyini dəstəkləyən Moldova tərəfinə təşəkkürünü bildirib. Baş nazir ərazi münaqişələrin rasional yanaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı