Dövlət Gömrük Komitəsinin 25 illiyi qeyd edildi
Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi qeyd olunub.
APA TV-nin xəbərinə görə, komitə əməkdaşları ilk olaraq Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra Akademik Milli Dram Teatrında geniş tədbir keçirilib. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, komitə müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb: "Gömrük orqanları hər bir dövlətin iqtisadiyyatının qorunmasında əsas atributlardan biridir. Ulu öndərin bu sözləri hələ 1992-ci ildən başlayaraq Azərbaycanda realizə olunmağa başlamışdır".
Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir: “Komitə eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir".
Tədbirdə Belarus, Macarıstan, Qazaxıstan, Gürcüstan, Rusiya və digər ölkələrin gömrük orqanlarının rəhbərləri çıxış edərək, Azərbaycan gömrük xidməti əməkdaşları bayram münasibətilə təbrik ediblər. Sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə fəxri adlar və medallarla təltif edilmiş əməkdaşların adları oxunub, həmçinin Azərbaycan gömrük xidməti ilə sıx əməkdaşlığa görə bir neçə ölkənin gömrük orqanları əməkdaşları mükafatlandırılıb.
Sonda bir sıra KİV nümayəndələri Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif ediliblər. Təltif edilən jurnalistlər arasında APA İnformasiya Agentliyinin əməkdaşı Aqşin Rafiqoğlu da var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı