Sahibkarlara 532 min manat paylandı
Saatlının Kamallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib. APA TV-nin xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə keçirilən tədbirdə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 62 sahibkara 532 min manat güzəştli kredit verilib.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262 milyon manat güzəştli kredit verilib.
OXŞAR XƏBƏRLƏR
19:44
768
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
794
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1009
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2177
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2152
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1981