Əbu Əzrail: "İŞİD-ə qoşulan qafqazlıları yandırıram"

Üç İŞİD terrorçusunu yandıran Əbu Əzrail onların ərəb olmadığını deyərək özünə haqq qazandırıb.

 

APA TV-nin məlumatına görə, Əbu Əzrail (Əzrailin atası) ləqəbini götürən Əyyub Falih Həsən "Haşdi Şabi" milislərinin komandirlərindəndir. İŞİD-ə qarşı apardığı mübarizə ilə şöhrət qazanıb.

 

Üç İŞİD-çini diri-diri yandıran Əbu Əzrail dəhşətli edama belə haqq qazandırıb: "Bunlar sünni ərəb deyildi. Hər üçü qafqazlı idi. İndiyə qədər sünni ərəb yandırmadım, yandırmaram da".

 

"İŞİD üzvlərinin məzarını belə qazıram və meyitlərini çıxarıb yandırıram. Bunların yandırılması lazımdır. Onlar İraq torpaqlarını işğal etdilər. Cəhənnəmə getməmişdən əvvəl mən burda yandırıram", - deyə o əlavə edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR