Salyanda bank işçisi faciəli şəkildə öldü
Salyanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyah hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 1.00 radələrində Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin kəndin sakini, 27 yaşlı Elvin Qasımov idarə etdiyi “LADA Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın Mərkəzi Xəstəxananın yaxınlığındakı mini marketə çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Salyan Rayon Muğan Regional İdarəsinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan sərnişin - Salyan şəhəri 28 May küçəsində yaşayan, 24 yaşlı Elvin Sadıqlı isə ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sürücü Elvin Qasımov Salyanda özəl bankların birində çalışırmış.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı