Qaxda 5 otaqlı ev yandı

Qaxda fərdi yaşayış evində yanğın olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əlibəyli kəndində Eqnate Barixaşviliyə məxsus  evdə baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində ümumi sahəsi 168 kv. metr olan 5 otaqlı evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin 1 otağının tavan və çardaq hissəsi 40 kv. metr sahədə yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğına odun sobasının səbəb olduğu ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR