Tramp Səudiyyə kralı ilə İranı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əl-Səudla 2015-ci ildə İranla "altılıq ölkələri" arasında əldə olunan nüvə razılaşmasını müzakirə edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Söhbət zamanı liderlər eyni zamanda razılaşdırılan fəaliyyət planının İran tərəfindən icrası, eləcə də rəsmi Tehranın regional aktivliyinə qarşı cavab tədbirləri barədə də razılığa gəlib.

 

Digər tərəfdən, telefon danışığı zamanı Suriya və Yəməndə təhlükəsiz zona yaradılması ilə bağlı da ortaq fikir ifadə olunub.

 

Qeyd edək ki, hələ seçki kampaniyası dövründə D.Tramp bir neçə dəfə İrana qarşı sanksiyaların bərpası məsələsini qaldırıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR