Neftin ucuzlaşması davam edir
ABŞ-da qazma quyularının sayının artması ilə neftin qiymətində ucuzlaşma ikinci gündür davam edir.
APA TV-nin xəbərinə görə, "Brent" markalı neft ötən həftənin şənbə günü qeydə alınan qiymətlərdən 1 dollardan artıq ucuzlaşıb. Bu markadan olan neft hazırda 55,38 dollardan təklif olunur.
Qərbi Texas nefti ciddi dəyər itirib. WTİ markalı nefti səhər satışlarında 52,91 dollardan təklif olunur. Şənbə günü Qərbi Texas nefti 56,46 dollardan satılıb. Bu, 2 dollara qədər ucuzlaşmadır.
ABŞ-da 2015-ci ilin noyabr ayından bu yana qazma quyularının sayı sürətlə artaraq 566-ya çıxıb. Neft hasilatı isə ötən ilin aprel ayından ən yüksək səviyyəyə çatıb. ABŞ OPEK-dən aldığı nefti bu ay azaldıb.
OPEK və 11 qeyri-kartel ölkəsinin noyabrda əldə etdiyi anlaşmanın 80 faizi yerinə yetirilib. Anlaşma qiymətlərin 50 dolların üzərində qalmasına şərait yaradır. Beynəlxalq Enerji Agentliyi qiymətlərin bahalaşması ilə yanaşı, ABŞ-da qaya neftinin istehsalının artacağını təxmin edir.
ABŞ-dan, yaxud Liviyadan neftin istehsalının artması ilə bağlı gələn hər hansı xəbər qiymətləri endirəcək. Prezident Donald Tramp isə ölkədə neft hasilatını artıracağını və xaricdən xam neft idxalını aradan qaldıracağını açıqlayıb. Bu isə neftin qiymətlərini 50 dollardan aşağı salacağına səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı